Press "Enter" to skip to content

Nazir bölgələrdə fəal gənclərlə görüşüb

Nazir bölgələrdə fəal gənclərlə görüşüb

BAYRAQDAR MEDİA – İyulun 2-də gənclər və idman naziri Fərid Qayıbov Şəki, Zaqatala, Qax, Balakən, Oğuz və Qəbələ rayonlarının fəal gəncləri ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “Qəbələ şəhər Mədəniyyət Mərkəzində keçirilən görüşdə gənclərlə səmimi söhbət aparan nazir onların fikir və təkliflərini dinləyib, müxtəlif mövzularla bağlı suallarını cavablandırıb. Nazir gənclərin ictimai fəallığının artırılmasının və cəmiyyətə faydalı vətəndaş kimi formalaşmalarının vacibliyini vurğulayıb”.

Tədbirdə gənclərlə karyera planlaması, təhsil imkanları, şəxsi və peşəkar inkişaf mövzularında müzakirələr aparılıb.

Mission News Theme by Compete Themes.