Press "Enter" to skip to content

Qazaxıstana getmək üçün qalib ol

BAYRAQDAR MEDİA – Qazaxıstanın Xarici İşlər Nazirliyi xarici jurnalistlər üçün “Xarici KİV-lərin gözü ilə Qazaxıstan” adlı yubiley – 10-cu müsabiqənin elan edir (bundan sonra – müsabiqə). Müsabiqə Qazaxıstan haqqında müxtəlif materiallar yazan və ya çəkilişlər edən xarici jurnalistlər üçündür.

Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, “2014-cü ildən etibarən bu müsabiqə xarici müəlliflərin Qazaxıstan haqqında parlaq, dəqiq və obyektiv şəkildə danışdığı ən yaxşı mətnləri və videomaterialları toplayır. Təşkilatçılar xüsusilə yaradıcı yanaşmanı, təzə baxışı və ölkənin dərindən anlaşılmasını yüksək qiymətləndir”.

Məlumata görə, müsabiqəyə 1 avqust 2024-cü il – 1 avqust 2025-ci il tarixləri arasında xarici mediada və ya sosial platformalarda dərc olunmuş Qazaxıstan haqqında informasiya xarakterli, analitik, mədəni-əyləncəli, sənədli və digər materiallar qəbul olunur: “Qaliblər Astanaya, Almatıya və Türküstana səfər imkanı qazanacaqlar. Bu səfər çərçivəsində onlar üçün zəngin mədəni proqram təşkil olunacaq. Bu il müsabiqənin tərəfdaşları Qazaxıstanın “Kazakh Tourism” Milli Şirkəti ASC, Astana Beynəlxalq Maliyyə Mərkəzi (ABMM), “Astana Hub”, “Otandastar Fondu” və “Vernıy Kapital” şirkətidir. Müsabiqənin nəticələri üzrə aşağıdakı nominasiyalar üzrə qaliblər müəyyən ediləcək:

Rəqəmsallaşma – Rəqəmsal dəyişikliklər: medianın Qazaxıstana baxışı;

İqtisadiyyat – Qazaxıstan: Avrasiya məkanında kripto-sənayenin lideri;

Mədəniyyət, tarix, xalqın ənənələri – Abayın irsi;

İdman – Qazaxıstanın tennis dünyasına səyahəti: millət qlobal oyunda öz yüksəlişini necə planlaşdırdı?;

Turizm – Astana: gələcəyin layihəsi – gənc paytaxtın memarlıq ruhu.

Bütün materiallar ən geci 15 avqust 2025-ci il tarixinədək mediacontest2025@mfa.kz elektron poçt ünvanına göndərilməlidir.

Müsabiqənin nəticələrinin 15 sentyabr 2025-ci ilədək elan olunması planlaşdırılır.

Əlavə məlumat üçün mediacontest2025@mfa.kz ünvanına və ya +7 (7172) 720182 nömrəli telefona müraciət edə bilərsiniz.

Mission News Theme by Compete Themes.