Press "Enter" to skip to content

Şırnak Bələdiyyəsindən ailələrə böyük dəstək

Şirnak bələdiyyəsi

BAYRAQDAR MEDİA – Şırnak Bələdiyyəsi sosial bələdiyyəçilik prinsipi çərçivəsində aztəminatlı ailələrə mühüm dəstək verib. 100 ailənin evinə pulsuz olaraq təbii qaz kombiləri və radiatorlar quraşdırılıb.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Bildirilib ki, “Bələdiyyə başçısı Mehmet Yarkanın göstərişi ilə həyata keçirilən layihə nəticəsində seçilmiş ailələrin mənzillərinə qaz xətti çəkilib, kombi və istilik sistemi tam təchiz edilib”.

Məlumata görə, M.Yarka deyib ki, “xalqımızın həyat keyfiyyətini yüksəltmək və əsas ehtiyaclarını qarşılamaq prioritetimizdir. Bu çərçivədə aztəminatlı ailələrin qışa hazırlığı üçün dəstək verdik. Sosial bələdiyyəçilik anlayışı ilə çalışmaqda davam edəcəyik”.

Mission News Theme by Compete Themes.