BAYRAQDAR MEDİA – 2025-ci ilin yanvar-iyun ayları ərzində 46 min 437 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniş edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Fonddan məlumat verilib.
Bildirilib ki, “müavinət ödənişləri 21 min 765 nəfər qız, 24 min 672 nəfər oğlan uşağına görə aparılıb”.





