BAYRAQDAR MEDİA – Avropa Komissiyası Bolqarıstanın yenilənmiş Bərpa və Davamlılıq Planına müsbət rəy verib.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Məlumata görə, plan, 2030-cu ildən əvvəl Avropanın Rusiya mənşəli fosil yanacaqlardan asılılığını aradan qaldırmaq hədəfinə xüsusi bölmə ilə töhfə verir: “Yenilənmiş planda ekoloji keçidə güclü vurğu edilir və ayrılmış ümumi vəsaitin 49,9 faizi iqlim hədəflərini dəstəkləyən tədbirlərə ayrılıb. Bərpa və Davamlılıq Planı rəqəmsal texnologiyalar sahəsində iddiasını qoruyaraq ayrılan vəsaitin 20,6 faizini rəqəmsal transformasiyaya ayırıb”.
Bildirilib ki, Avropa Birliyi Şurasının Avropa Komissiyasının qiymətləndirməsini nəzərdən keçirmək və təsdiqləmək üçün dörd həftə vaxtı olacaq: “Plan 6,17 milyard avro dəyərində qrant vəsaiti, 50 islahat və 51 investisiya layihəsini əhatə edir. Bolqarıstan bu günə qədər Bərpa və Davamlılıq Mexanizmi çərçivəsində 1,37 milyard avro alıb”.





