Son yeniləmə: 4 İyul 2025
BAYRAQDAR MEDİA – Kafkas Universiteti Dövlət Konservatoriyasının 2024–2025-ci tədris ili məzuniyyət mərasimi coşqu ilə keçirilib.
Bu barədə karsmanset.com saytı məlumat verib.
Bildirilib ki, “universitet kampusunda baş tutan tədbirdə səhnə sənətləri və musiqi sahəsində təhsil alan məzunlar diplomlarını alaraq qürur yaşayıb. Proqram Dövlət Himninin səsləndirilməsi və sayğı duruşu ilə başlayıb. Daha sonra tələbələr musiqi və səhnə çıxışları ilə tamaşaçılardan alqış qazanıb”.
Məlumata görə, tədbirdə Qars valisi Ziya Polat, Baş konsul Zamin Əliyev, KAÜ rektoru Hüsnü Kapu, müəllimlər və müxtəlif qurum rəhbərləri iştirak edib: “Vali Polat çıxışında sənətin cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulayıb. Tədbirdə universitetin rəhbər şəxsləri, müəllimlər, tələbələr və onların ailələri iştirak edib. Məzunlara uğur sertifikatları və hədiyyələr təqdim olunub”.





