Press "Enter" to skip to content

Elazığda təlim

BAYRAQDAR MEDİA – Türkiyədə 7 pilot vilayətdə həyata keçirilən təlim proqramlarından biri olan Elazığ seminarı Ahmet Tevfik Ozan Sərgi və Konqres Mərkəzində keçirilib. Tədbirdə Elazığ Bələdiyyə sədrinin müavini Nazif Bilginoğlu da iştirak edib.

Bu barədə elazigsonhaber.com saytı məlumat yayıb.

Bildirilib ki, “layihə AB tərəfindən maliyyələşdirilir. Türkiyə Bələdiyyələr Birliyi və Daxili İşlər Nazirliyinin QHT-lərlə Əlaqələr Baş İdarəsinin benefisiar olduğu və XİN-in AB ilə Əlaqələr İdarəsinin icra və monitorinqində iştirak etdiyi “Vətəndaş İştirakı Layihəsi” çərçivəsində təşkil olunan təlimdə çoxsaylı mütəxəssislər iştirak edib. Təlimin əsas mövzusu QHT-lərlə yerli idarəetmələr arasında dialoq və əməkdaşlığın gücləndirilməsi olub”.

Mission News Theme by Compete Themes.