BAYRAQDAR MEDİA – “Prezident İlham Əliyevin dəstəyi Kuzey Kıbrıs Türk Cümhuriyyət tərəfindən hər zaman hiss edilib”.
Bunu KKTC Cümhurbaşqanı Ersin Tatar Azərbaycan Texniki Universitetində təşkil edilmiş mərasimdə bildirib.
O, “Bizim tariximiz ortaqdır. Daim Azərbaycan xalqının dəstəyi, bizə olan diqqəti Kuzey Kıbrıs türk xalqı üçün xüsusi önəm kəsb edir” deyib.





