Ersin Tatar: Qlobal proseslər türk dünyasının daha da sıx inteqrasiyasını zəruri edir
BAYRAQDAR MEDİA – Dünyada müxtəlif münaqişələr davam edərkən Kuzey Kıbrıs və Azərbaycan birlikdə addımlar atmalıdır.
Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar Azərbaycan Texniki Universitetində (AzTU) Fəxri doktor diplomunun təqdimat mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Ersin Tatar dünyada baş verən proseslərin diqqətlə izlənilməsinin vacib olduğunu də bəyan edib.
KKTC Cümhurbaşqanın sözlrəinə görə, qlobal proseslər türk dünyasının daha da sıx inteqrasiyasını zəruri edir: “Buna görə də türk dövlətləri bir olmalı, həmçinin sülh və müstəqilliyi qorumaq üçün birgə işlər görməlidirlər”.





