Kıbrıs-Azərbaycan Dostluq Cəmiyyəti ilə Bakıdakı “Kıbrıs Evi” arasında əməkdaşlığa dair ilkin razılıq əldə edilib
BAYRAQDAR MEDİA – Ötən həftə Kıbrıs-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu Bakıda “Kıbrıs Evi”ni ziyarət edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya mərkəzin qurucusu, Azərbaycan Termal və Sağlamlıq Turizminə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev məlumat verib.

Onun sözlərinə görə, mərkəzdəki görüş zamanı KKTC və Azərbaycan Respublikası arasında təhsil, turizm və digər iqtisadi sahələrdə əməkdaşlıq potensialı və imkanları müzakirə olunub: “Qonaq mərkəzin fəaliyyətinə uğurlar arzuladı və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikirlərinin bildirdi. Eyni zamanda gələcək fəaliyyətlərdə iş birliyi şurasının yaraılması ilə bağlı təkliflərin hazırlanması, eləcə də qarşılıqlı əlaqələrin inkişafına kömək göstərmək məqsədi ilə beynəlxalq təcrübəni öyrənmək, treninqlər keçirmək, beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini qurmaq birgə daxili və xarici səfərlər təşkil etmək və bu istiqamətdə tərəflərin müvafiq birgə inkişaf proqramlarını hazırlamaq qərara alındı”.
Qonaq sonda xatirə dəftərinə mərkəz haqqında öz fikirlərini qeyd edib.





