Press "Enter" to skip to content

Laçında Qadınlar Forumu çərçivəsində panel sessiyalar

Laçında Qadınlar Forumu çərçivəsində panel sessiyalar

BAYRAQDAR MEDİA – İyulun 2-də Laçın şəhərində “İƏT Həftəsi” çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu çərçivəsində “İqlimə Dayanıqlılıq üçün İnsan İnkişafında Qadınların Rolu”, “Şəhərsalmanın İnkişafında Qadınların Rolu” və “Dayanıqlı inkişafda qadınların rolu” mövzularında panel sessiyalar keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “”Dayanıqlı inkişafda qadınların rolu” mövzusuna həsr edilmiş panel sessiyada çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova rəqəmsal və süni zəka texnologiyaların kənd təsərrüfatında tətbiqi, kənd təsərrüfatı sektorunda innovativ proseslərin inkişafı, dayanıqlı təchizat zəncirinin formalaşdırılması, eləcə də bu sahələrdə qadınların rolunun artırılması ilə bağlı fikirlərini bölüşüb. İ.Qədimova bildirib ki, Azərbaycanda dayanıqlı kənd təsərrüfatına keçid prosesinin asanlaşdırılması üçün hərtərəfli dövlət proqramları və maliyyə dəstəyi alətləri tətbiq edilir. Aqrar sahənin transformasiyasında Azərbaycanın kənd təsərrüfatı üçün milli rəqəmsal infrastrukturu olan Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) mühüm rol oynadığını deyən nazir müavini bu sistemi kənd təsərrüfatı məlumatlarının yaradılması, toplanması, emalı və axtarışını tam avtomatlaşdıran, resurslardan optimal istifadəni, aqrar xidmətlərinin tam rəqəmsallaşdırılmasını təmin edən və sektorun bütün səviyyələrində real vaxt rejimində analitik, monitorinq və sübuta əsaslanan qərarların qəbulunu dəstəkləyən vahid elektron platforma adlandırıb”.

Forumda gender bərabərliyi sahəsində mövcud vəziyyət, qadın sahibkarlığının inkişafı, regional gender göstəricilərinin inkişaf etdirilməsi, qadınların ekoloji fəaliyyətinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq qiymətləndirilməsi mexanizminin, eləcə də yaşıl iqtisadiyyatın təşviqi, iqlim dəyişikliyi ilə mübarizə, ekoloji təhsil və yenilikçi “yaşıl” texnologiyalar sahəsində ixtisaslaşması ilə bağlı fikirlər səsləndirilib.

Panel müzakirələrdən sonra iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.