Press "Enter" to skip to content

MMU-da NATO proqramı çərçivəsində treninqlər

MMU-da NATO proqramı çərçivəsində treninqlər

BAYRAQDAR MEDİA – NATO-nun “Müdafiə təhsilinin genişlənməsi proqramı” (DEEP) çərçivəsində Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində (MMU) treninqlər təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “Alyansın nümayəndə heyəti ilə keçirilən görüş zamanı hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. NATO ilə əməkdaşlıq çərçivəsində təşkil olunan görüşlərin hər iki tərəf üçün səmərəli olduğu bildirilib”.

Daha sonra hərbi təhsil üzrə mütəxəssislərinin iştirakı ilə “Təhsildə keyfiyyətə nəzarət mexanizminin yaradılması və icra olunması” mövzusunda treninqlər keçirilib.

Mission News Theme by Compete Themes.