Press "Enter" to skip to content

Nazir müavini Afinada

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Yunanıstanın Afina şəhərində “The Economist Impact” platforması tərəfindən keçirilmiş 29-cu İllik Hökumət Dəyirmi Masasındaenergetika nazirinin müavini Orxan Zeynalov iştirak edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “nazir müavini “Enerji sahəsində regional və regionlararası əməkdaşlıq, enerji təhlükəsizliyi və yaşıl keçid üçün çağırışlar” mövzusunda təşkil olunan panel sessiyada çıxışı zamanı Cənub Qaz Dəhlizinin əhəmiyyətindən, Avropanın, eləcə də Yunanıstanın enerji təhlükəsizliyindəki mühüm rolundan bəhs edib, bu dəhliz vasitəsilə gələcəkdə Avropaya qaz təchizatının artırılması imkanlarından danışıb”.

Xəbərə əsaəsn, nazir müavini Azərbaycanda enerji sahəsində, xüsusilə enerji keçidi, bərpa olunan enerji sahəsi üzrə həyata keçirilən layihələr, yaşıl enerji dəhlizləri təşəbbüsləri barədə məlumat verib: “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin əhəmiyyətini qeyd edərək bu və digər yaşıl enerji dəhlizlərinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcəyi bildirilib. Bu layihələr çərçivəsində bəzi Asiya ölkələri və şirkətləri ilə əməkdaşlıq edildiyi qeyd olunub. Regional enerji əlaqələrinin gücləndirilməsi, yaşıl enerji nəqli marşrutlarının şaxələndirilməsi istiqamətində çoxtərəfli əməkdaşlıq imkanlarının əhəmiyyəti diqqətə çatdırılıb. Enerji böhranının qarşısının alınması və enerji təhlükəsizliyinin təmin edilməsi üçün dövlət və özəl sektor əməkdaşlığının vacibliyi vurğulanıb”.

Səfər çərçivəsində nazir müavini Yunanıstanın energetika nazirinin müavini Nikos Tsafos, Yunanıstanın xarici işlər nazirinin müavini Harry Theoharis vəMoldovanın energetika naziri Dorin Junghietu ilə görüşüb. Görüşlərdə enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Mission News Theme by Compete Themes.