BAYRAQDAR MEDİA – Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyi, ölkədə dabaq xəstəliyinin yayılma riskinə qarşı tədbir olaraq bütün heyvan bazarlarını müvəqqəti bağlamaq qərarını verib.
Bu barədə anadolugazetesi.com saytı məlumat yayıb.
Bildirilib ki, “bu qərardan sonra Eskişehir Böyükşəhər Bələdiyyəsinə məxsus Muttalip Sarıcakaya yolu üzərində yerləşən Heyvan Bazarı da fəaliyyətini dayandırıb.
Hər çərşənbə fəaliyyət göstərən bu bazarın bağlanması, dabaq xəstəliyinin yayılmasının qarşısını almaq və biotəhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi daşıyır. Yeni qərarlar açıqlanana qədər heyvan bazarlarının bağlı qalacağı bildirilib. Fermerlər və vətəndaşlardan bu prosesdə diqqətli və həssas olmaları xahiş olunur”.





