BAYRAQDAR MEDİA – Iğdır Universitetinin rektoru Prof. Dr. Ekrəm Gürel, illər öncə təhsil aldığı ibtidai məktəbi ziyarət edərək, ona dərs demiş müəllimi İsmayıl Arasa minnətdarlıq göstərib.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Bildirilib ki, “rektor Gürel, Iğdırın Qarakoyunlu rayonuna bağlı Kaçardoğanşalı kəndinə gələrək bu mənalı görüşü həyata keçirib. Ziyarət zamanı uşaqlıq illərinə dönən Gürel, keçmiş sinif otağına girərək illər əvvəl oturduğu partada müəllimi ilə görüşüb. Bu duyğusal anlarda rektor “Məni bu günə gətirən dəyərli müəllimimlə illər sonra eyni sinifdə olmaq böyük xoşbəxtlikdir. 50 ildir hər bayramda, xüsusi gündə müəllimimlə əlaqə saxlayıram. Onun əməyi çoxdur. Minnətdaram” deyib”.
Məlumata görə, bu ziyarət müəllim İsmayıl Arası da kövrəldib. Müəllim bildirib: “Söz tapmıram. Tələbəm həm professor, həm rektor olub. Bu mənim üçün böyük qürurdur. Onunla fəxr edirəm.”





