Son yeniləmə: 7 İyul 2025
BAYRAQDAR MEDİA – Çanakkale Onsekiz Mart Universiteti (ÇOMÜ) Ziraat fakültəsinin müəllimləri toyuq fermalarında xəstəliklərin erkən aşkarlanması və məhsuldarlığın artırılması üçün süni intellektlə işləyən “BroBot” adlı robot hazırlayıb.
Bu barədə canakkalehaber.com saytı məlumat yayıb.
Bildirilib ki, “tamamilə avtonom işləyən Broiler Sağlamlıq İzləmə Robotu — BroBot, quşçuluqda sağlamlıq və istehsal standartlarını yeni mərhələyə çatdırmağı hədəfləyir. Prof. Dr. Arda Aydın, Prof. Dr. Anıl Çay və Prof. Dr. Habib Kocabıyık əvvəlcə Çanakkalenin kəndlərini ziyarət edərək quşçuluqla məşğul olanların problemlərini dinləyiblər. Tələb və ehtiyaclar əsasında əvvəlcə tavanda hərəkət edən sistem layihələndirilib. Daha sonra TÜBİTAK dəstəyi ilə BroBot layihəsi gerçəkləşib”.




