BAYRAQDAR MEDİA – Trabzon Su Məhsulları Araşdırma İnstitutunda Qara dəniz üçün mühüm addım atılıb. Türkiyə, Bolqarıstan və Gürcüstandan mütəxəssislər bir araya gəlib.
Bu barədə kuzeyekspres.com.tr saytı məlumat yayıb.
Bildirilib ki, “üç günlük texniki təlim proqramı Trabzon Su Məhsulları Mərkəzi Araşdırma İnstitutunun ev sahibliyi ilə başlayıb. Akdeniz Ümumi Balıqçılıq Komissiyası və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) koordinasiyası ilə keçirilən “Akvakultura Təhsili: Qara Dəniz üçün Potensialın Gücləndirilməsi Proqramı” çərçivəsində keçirilən tədbirdə, davamlı balıqçılıq, somon və nərə balığı yetişdirilməsi, yemləmə texnikaları, su keyfiyyəti və balıq sağlamlığı kimi mövzular müzakirə olunur”.





