Press "Enter" to skip to content

İlk altı ayın göstəriciləri

229 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin birinci yarımilində 229,5 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, “onlardan 74 min şəxs münasib işlərlə təmin olunub, 9,8 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. 2025-ci ilin 6 ayında 6,1 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 139,6 min şəxsə peşəyönümü xidmətlər göstərilib”.

Mission News Theme by Compete Themes.