Press "Enter" to skip to content

AFAD sel bölgəsində fəaliyyətlərini davam etdirir

Fəlakət bölgəsi

BAYRAQDAR MEDİA – Karsda təbii fəlakətin dərhal ardından bölgəyə çatan AFAD (Fövqəladə Halların İdarə Olunması Agentliyi) qrupları axtarış-xilasetmə və zərərin qiymətləndirilməsi işlərinə başlayıb.

Bu barədə karsmanset.com saytı məlumat yayıb.

Məlumata görə, könüllülər zərər çəkmiş vətəndaşlara yardım çatdırmaq, təmizlik işləri, ərzaq və gigiyena məhsullarının paylanması kimi bir çox sahədə fəal iştirak ediblər: “Sel fəlakətindən zərər görmüş vətəndaşların əsas ehtiyaclarını qarşılamaq üçün gecə-gündüz çalışan qruplar həmrəylik ruhunu sahədə ən güclü şəkildə hiss etdirib. Sel bölgəsində zərərin qiymətləndirilməsi və bərpa işləri davam edir. AFAD qrupları, riskli ərazilərdə tədbir görülməsi və oxşar fəlakətlərin təkrarlanmaması üçün yerli idarəetmə orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir”.

Mission News Theme by Compete Themes.