Son yeniləmə: 9 İyul 2025
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Azərbaycan Respiblikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci ilin orta qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin “Türk dünyası: Ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi həyata keçirilir. Layihə çərçivəsində artıq bir sıra işlər görülüb. İyulun 9-da isə layihə çərçivəsində “Bizim ailəmiz türk dünyasıdır” adlı konfrans keçiriləcək.
Bu barədə İctimai Birlikdən məlumat verib.
Qeyd edilib ki, konfrans çərçivəsində iyulun 8-də bir sıra görüşlər nəzərdə tutulub.
Konfransın Azərbaycan və Türkiyədən olan heyətinin bu gün KKTC-nin xarici işlər naziri Tahsin Ertuğruloğlu və milli təhsil naziri Nazım Çavuşoğlu tərəfindən qəbul edilməsi gözlənilir.
Görüşlərdə həm konfrans haqqında məlumat veriləcək, həm də ikitərəfli əməkdaşlıqlardan bəhs ediləcək.





