Press "Enter" to skip to content

Həkimləri Təkmilləşdirmə İnstitutunun yeni rektoru kollektivə təqdim edilib

Həkimləri Təkmilləşdirmə İnstitutunun yeni rektoru kollektivə təqdim edilib

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin 2025-ci il 7 iyul tarixli Sərəncamına əsasən, Nazim Adil oğlu Pənahov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru təyin edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “iyulun 8-də səhiyyə naziri Teymur Musayev Nazim Pənahovu institutun kollektivinə təqdim edib. Tədbirdə çıxış edən nazir dövlət başçısının imzaladığı sərəncamı diqqətə çatdıraraq N.Pənahovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Nazir qeyd edib ki, N.Pənahov müxtəlif məsul vəzifələrdə çalışıb, o cümlədən bu təyinatadək Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru olub.

T.Musayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə səhiyyə sahəsində uğurla həyata keçirilən islahatlardan danışaraq, bu istiqamətdə qarşıya qoyulan vəzifələrin icrasında yeni rektora və institutun kollektivinə uğurlar arzulayıb”.

Təqdimat mərasimində çıxış edən N.Pənahov ona göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. O vurğulayıb ki, gələcək fəaliyyətində dövlətçilik dəyərləri, yüksək peşəkarlıq, şəffaflıq və ədalət prinsipləri əsas prioritet olacaq.

Mission News Theme by Compete Themes.