BAYRAQDAR MEDİA – Eskişehirin 20 illik termal enerji arzusu rəsmi olaraq həyata keçirilməyə başlayıb. Bu mühüm addım ERİAD sədri Rüştü Şentunanın rəhbərliyi ilə atılıb.
Bu barədə eskisehir.net saytı məlumat verib.
Bildirilib ki, “Eskişehir sənayesi və iş dünyasının önəmli nümayəndələrindən biri olan Eskişehir Rumeli Sənayeçi və İş Adamları Dərnəyi (ERİAD) şəhərin 20 illik termal enerji arzusunu gerçəkləşdirmək üçün ilk rəsmi addımı atıb”.
Məlumatda qeyd edilib ki, ERİAD sədri Rüştü Şentuna bu mühüm mərhələni keçdikdən sonra Ankaradakı rəsmi prosedurlarını tamamlayaraq Eskişehirə dönüb.





