Press "Enter" to skip to content

Qədim kənd

Gökçeayva kəndi

BAYRAQDAR MEDİA – Eskişehərin Beylikova rayonuna bağlı Gökçeayva kəndi həm tarixi kökləri, həm də kənd yaşayışı ilə diqqət çəkir. Rəvayətlərə əsaslanan məlumatlara görə, bu məhəllənin tarixi təxminən 800 il əvvələ dayanır.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Bildirilib ki, “məlumatlara görə, Gökçeayva ərazisinə ilk yerləşmə Xorasandan gələn Karayusuf adlı şəxsin oğulları Hacı İsmayıl, Hacı Mehmet və Hacı Ali ilə ailələrinin Sorkun məhəlləsinə yerləşməsi ilə başlayıb. Bu günkü Gökçeayva isə həmin dövrdə Sorkun sakinləri tərəfindən qışlaq kimi istifadə olunmağa başlayıb. Zamanla çoban evlərinin artması, torpağın becərilməsi və əhalinin çoxalması ilə bu ərazi daimi yaşayış məntəqəsinə çevrilib”.

Məlumata görə, kənddə quraq iqlim hökm sürür və iqtisadiyyat əsasən kənd təsərrüfatı və heyvandarlığa əsaslanır: “Sakinlər daha çox xırdabuynuzlu heyvandarlıq və taxılçılıqla dolanır. 2006-cı ildə qurulan Gökçeayva Məhəlləsi İnkişaf Kooperativi yerli inkişaf adına atılan mühüm addımlardan biri olub. Məktəb binası olsa da, hal-hazırda fəaliyyət göstərmir və təhsil daşıma sistemi ilə təmin edilir. Səhiyyə xidmətlərinə çıxışda da çətinliklər var – kənddə nə tibb məntəqəsi, nə də sağlamlıq evi mövcuddur”.

Mission News Theme by Compete Themes.