Press "Enter" to skip to content

Tahsin Ertuğruloğlu Azərbaycan heyətini qəbul edib

Tahsin Ertuğruloğlu Azərbaycan heyətini qəbul edib

Son yeniləmə: 9 İyul 2025

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ertuğruloğlu, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Türk dünyası: Ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi çərçivəsində KKTC-də keçiriləcək təşkil olunan “Bizim ailəmiz türk dünyasıdır” adlı konfransda iştirak üçün gələn, Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-KKTC Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndərov və heyət üzvlərini qəbul edib.

Xəbər BAYRAQDAR MEDİA-ya KKTC Xarici İşlər Nazirliyindən daxil olub.

Görüşdə xarici işlər müşaviri Mustafa Lakadamyalı, Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti başqanı Orxan Həsənoğlu, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) başqanı, Əməkdar jurnalist Nadir Azəri və Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi İdarə Heyətinin başqanı Şentürk Hoşgül iştirak edib.

Görüşün sonunda Nadir Azəri Tahsin Ertuğruloğluna Azərbaycanın 44 Günlük Vətən Savaşında qələbəsinin rəmzi olan Xarıbülbül döş nişanı və Bakı ilə bağlı xatirə hədiyyəsini təqdim edib.

Konfrans iyulun 9-da saat 16:30-da KKTC Cümhurbaşqanlığı iqamətgahında keçiriləcək.

Mission News Theme by Compete Themes.