Press "Enter" to skip to content

Azərbaycan və Türkiyədən olan heyət milli təhsil naziri ilə görüşüb

Görüşdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Azərbaycan Respiblikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci ilin orta qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin “Türk dünyası: Ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi həyata keçirilir. Layihə çərçivəsində artıq bir sıra işlər görülüb. İyulun 9-da isə layihə çərçivəsində “Bizim ailəmiz türk dünyasıdır” adlı konfrans keçiriləcək.

Bu barədə İctimai Birlikdən məlumat verib.

Qeyd edilib ki, konfrans çərçivəsində iyulun 8-də bir sıra görüşlər keçirilib.

Belə görüşlərn biri də KKTC-nin Milli Təhsil Nazirliyində olub.

Konfransın Azərbaycan və Türkiyədən olan heyəti iyulun 8-də KKTC-nin milli təhsil naziri Nazım Çavuşoğlu tərəfindən qəbul edilib. Görüşdə həm konfrans haqqında məlumat verilib, həm də ikitərəfli əməkdaşlıqlardan bəhs edilib.

Görüş zamanı
Görüş zamanı

Görüşün sonunda Nadir Azəri Nazım Çavuşoğluna Azərbaycanın 44 Günlük Vətən Savaşında qələbəsinin rəmzi olan Xarıbülbül döş nişanı və Bakı ilə bağlı xatirə hədiyyəsini təqdim edib.

Xatırladaq ki, heyətə Azərbaycan Milli Məclisinin Azərbaycan – Şimali Kipr Parlamentlər arası Dostluq Qrupunun üzvü Vüqar İskəndərov, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Əməkdar Jurnalist Nadir Azəri, Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu və Manisa Azerbaycan Kültür ve Dayanışma Derneği Yönetim Kurulu Başkanı Şentürk Hoşgül daxildir.

Mission News Theme by Compete Themes.