Press "Enter" to skip to content

Baş konsul yeni müdirlə görüşüb

Görüş zamanı

BAYRAQDAR MEDİA – Azərbaycanın Karsdakı Baş Konsulu Zamin Məmmədoğlu Əliyev, Kars Gənclər və İdman İdarəsinin müdiri Mehmet Başköylünü ziyarət edərək ona yeni vəzifəsində uğurlar arzulayıb.

Bu barədə karsmanset.com saytı məlumata yayıb.

Bildirilib ki, “səmimi atmosferdə keçən görüşdə Baş konsul Əliyev Azərbaycan ilə Türkiyə arasındakı güclü münasibətlərin gənclər və idman sahəsində əməkdaşlıqla daha da möhkəmlənəcəyini deyib. İl müdiri Mehmet Başköylü isə bu xoş ziyarət üçün təşəkkür edərək, Azərbaycan ilə qardaşlıq münasibətlərini gücləndirəcək hər cür layihəyə dəstək verməyə hazır olduqlarını qeyd edib”.

Görüşün sonunda tərəflər gənclər arasında dostluğun, mədəniyyət mübadiləsinin və birgə idman tədbirlərinin artırılması üçün xoş niyyətlərini ifadə ediblər.

Mission News Theme by Compete Themes.