Press "Enter" to skip to content

“BREEZE 2025” Qara dəniz Beynəlxalq Dəniz Təlimi başlayıb

Təlim

BAYRAQDAR MEDİA – Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı 7-20 iyul tarixləri arasında beynəlxalq iştirakla “BREEZE 2025” adlı 29-cu dəniz təliminin keçiriləcəyini elan edib. Təlim, Bolqarıstan suları və iqtisadi zonasında əvvəlcədən müəyyən edilmiş bölgələrdə keçirilir.

Bu barədə Radio Bolqarıstan məlumat yayıb.

Məlumata görə, təlimə Bolqarıstan, Albaniya, Belçika, Birləşmiş Krallıq, Gürcüstan, Yunanıstan, İtaliya, Latviya, Niderland, Polşa, Rumıniya, ABŞ, Türkiyə, Fransa və NATO Hərbi Dəniz Qüvvələrinin gəmiləri, təyyarələri, sualtı vasitələri, dalğıc qrupları və qərargah zabitləri qatılır.

Təlimdə dəniz döyüş əməliyyatları, böhranlara müdaxilə və böyük hadisələrin nəticələrinin aradan qaldırılması məqsədilə manevrlər həyata keçiriləcək. Təlimə bu il Avropa Dəniz Təhlükəsizliyi Agentliyi (EMSA) də qatılacaq. Komandanlıq isə admiral Kiril Mihaylovun üzərindədir.

Mission News Theme by Compete Themes.