Press "Enter" to skip to content

Iğdır Universitetində tarixi an

Iğdır Universiteti

BAYRAQDAR MEDİA – Iğdır səhiyyə sahəsində mühüm bir addım atır. 2021-ci ildə təsis edilmiş Iğdır Universitetinin Diş Həkimliyi Fakültəsi 2025-2026-cı tədris ilində 20 tələbə ilə fəaliyyətə başlayır. Bu hadisə, bölgədə sağlamlıq xidmətləri və ixtisaslı kadr ehtiyacına yerli səviyyədə mühüm töhfə verəcək.

Bu barədə igdirhaber.net məlumat yayıb.

Məlumata görə, fakültənin əsası 6 fevral 2021-ci il tarixli, 31387 saylı Rəsmi Qəzetdə dərc olunan Prezident Fərmanı ilə qoyulub. AK Parti Iğdır millət vəkili Cantürk Alagözün təşəbbüsləri və YÖK-ün (Ali Təhsil Şurası) dəstəyi ilə fakültə ilk tələbələrini qəbul etmə hüququ qazanıb.

Iğdır Universitetinin rektoru professor doktor Ekrem Gürel bu uğurda əməyi keçən hər kəsə təşəkkür edib və xüsusilə deputat Alagözə və YÖK rəhbəri professor Erol Özvara minnətdarlığını bildirib.

Rektor Gürel vurğulayıb ki, universitetin məqsədi təkcə təhsil vermək deyil, eyni zamanda bölgənin sosial, mədəni və xüsusən də səhiyyə sahəsində inkişafına töhfə verməkdir.

Yeni fakültənin müasir avadanlıqlarla təchiz olunmuş klinik infrastrukturu ilə yalnız gələcəyin diş həkimlərini yetişdirməyəcəyi, həm də Iğdır xalqına yüksək səviyyəli xidmət göstərəcək bir səhiyyə mərkəzinə çevriləcəyi vurğulanıb.

Mission News Theme by Compete Themes.