Press "Enter" to skip to content

İzmirdə ADAU-EGE ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü

İzmirdə ADAU-EGE ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü

BAYRAQDAR MEDİA – Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetində “2019-2023-cü illər üçün Azərbaycanda Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “görüşdə ADAU-nun rektoru Zəfər Qurbanov, Ege Universitetinin rektoru Necdet Budak, KTN-in Aparat rəhbəri Azad Cəfərli, kənd təsərrüfatı nazirinin müşaviri Fərid Nəcəfov, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, KTN-in Elm, təhsil və insan resursları şöbəsinin müdir müavini Emin Əliyev, “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupunun rəhbəri Turan Topalova, Elm və Təhsil Nazirliyinin (ETN) Elm, ali və peşə təhsili şöbəsinin müdir müavini Nərgiz Qaraxanova, ADAU-EU Beynəlxalq İkili Diplom Proqramının direktoru Lamiyə Quliyeva, EU prorektoru İlkin Şengün, EU Kənd təsərrüfatı fakültəsinin dekanı İsmayıl Can Paylan, EU Kənd təsərrüfatı fakültəsinin dekan müavini Gülsüm Öztürk və ADAU-EU Beynəlxalq İkili Diplom Proqramının layihə rəhbəri Edip Açıl iştirak ediblər”.

İclasda çıxış edən Z.Qurbanov proqramın uğurla davam etdiyini, yeni ixtisaslarla cari ildən proqrama tələbə qəbulu həyata keçiriləcəyini diqqətə çatdırıb.

Proqramın icrasına dair strateji məsələlərin müzakirəsini nəzərdə tutan rəhbər komitə görüşündə bir sıra vacib məsələlər müzakirə olunduqdan sonra, L.Quliyevanın hesabatı dinlənilib.

Mission News Theme by Compete Themes.