Press "Enter" to skip to content

Kosovada türk əsgərlərindən təhsilə dəstək

Kosova bayrağı

BAYRAQDAR MEDİA – Kosova Türk Təmsil Heyət Başqanlığı tərəfindən mülki-hərbi əməkdaşlıq çərçivəsində Prizren şəhərindəki “Nena Tereza” Eşitmə və Danışıq Əngəllilər Məktəbinin mətbəxi və yeməkxanası təmir olunub və lazımi avadanlıqlarla təchiz edilib.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Məlumata görə, məktəbdə keçirilən açılış mərasimində Türkiyənin Priştinadakı səfiri Sabri Tunç Angılı, KDTP sədri və Regional İnkişaf naziri Fikrim Damka, Prizren baş konsulu Celal Doğan, Kosova Türk Təmsil Heyət Başqanı piyada polkovnik Harun Elitaş, türk və yerli təşkilatların nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.

Səfir S.T.Angılı çıxışında bildirib ki, Türkiyə bütün qurumları ilə Kosovaya dəstək verməyə davam edəcək.

Mission News Theme by Compete Themes.