BAYRAQDAR MEDİA – Sumqayıt şəhərində quldurluq hadisəsi baş verib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “iyulun 8-də naməlum şəxs 63 yaşlı qadının 6 min manatını fiziki zor tətbiq edərək talayıb. Daxil olmuş müraciət əsasında Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 26 yaşlı V.Cavadov saxlanılıb”.
Araşdırma aparılır.





