Press "Enter" to skip to content

Ersin Tatar Azərbaycan heyətini qəbul etdi

Ersin Tatar Azərbaycan heyətini qəbul etdi

BAYRAQDAR MEDİA – Cümhurbaşqanlığı iqamətgahında keçirilən qəbulda, Cümhurbaşqanı Ersin Tatar, deputat Vüqar İskəndərov, Azərbaycan Mətbuat Şurasının baş katibi Nadir İsmailov və Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti başqanı Orxan Həsənoğlu ilə görüşüb.

Xəbər BAYRAQDAR MEDİA-ya KKTC Cümhurbaşqablığından daxil olub.

Görüşdə, iki ölkə arasındakı turizm, təhsil və digər sahələrdəki qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi məsələsinə toxunuldu. Ersin Tatar Azərbaycan ilə dövlətdən dövlətə görüşmə həddinə gəldiklərini və bu münasibəti inkişaf etdirmək adına çalışmalar aparıldığını qeyd etdi. O, Azərbaycan ilə “Bir millət üç dövlət” olduqlarını ifadə edərək, başta prezident İlham Əliyevə, sonra isə KKTC-yə göstərdiyi yaxın marağa və verdiyi dəyərə görə təşəkkürünü bildirdi.

Mission News Theme by Compete Themes.