Press "Enter" to skip to content

Məşğulluq tədbirləri davam etdirilir

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Cəbrayıl şəhərinə köçürülmüş sakinlərdən artıq 686 şəxsi məşğulluq tədbirlərinə cəlb edib.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, “onlardan 633 şəxsin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, rayona köçürülmüş sakinlərdən 27 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 53 sakin isə peşə kurslarına cəlb edilib. Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir”.

Mission News Theme by Compete Themes.