Press "Enter" to skip to content

10 kq narkotik vasitə aşkarlanıb – VİDEO

10 kq narkotik vasitə aşkarlanıb

BAYRAQDAR MEDİA – Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir. Sabunçu rayonunda keçirilən növbəti əməliyyat zamanı 1986-cı il təvəllüdlü Emin Səmədov tutulub. ondan 10 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya DİN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “E.Səmədov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Sabunçu rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

Mission News Theme by Compete Themes.