Press "Enter" to skip to content

AQTA yanında Məşvərət Şurasının növbəti iclası

AQTA yanında Məşvərət Şurasının növbəti iclası

Son yeniləmə: 10 İyul 2025

BAYRAQDAR MEDİA – Dövlət-özəl sektor əməkdaşlığının möhkəmləndirilməsi məqsədi ilə yaradılan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında qida sektoru üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “iclasda Məşvərət Şurasının üzvləri ilə Azərbaycanda qida təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan mövzular müzakirə olunub. İclasda qida məhsullarının satışı bazarları qarşısında duran məsələlər, kənd təsərrüfatı məhsullarının satış və qablaşdırılması üçün mexanizmin formalaşdırılması, heyvanların identifikasiyası, ixrac olunan fitosanitar məhsulların beynəlxalq tələblərə uyğunluğu, pestisidlər və aqrokimyəvi maddələrin izlənmə sisteminin qurulması və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb”.

Ardınca xəbərdə, “həmçinin təhsil müəssisələri və xəstəxanalarda qida normalarının tətbiqi ilə bağlı qanunvericiliyin tələbləri Şura üzvlərinin diqqətinə çatdırılıb. Laborator müayinələrin müddəti və risklərin qiymətləndirilməsi, müəssisələrdə HACCP sisteminin tətbiqi, dönər emalı və satışı müəssisələrində mövcud məsələlər və onların həlli, eyni zamanda istehlakçıların maarifləndirilməsi zamanı birgə fəaliyyətlərin həyata keçirilməsi üçün təkliflər nəzərdən keçirilib” deyə qeyd olunur.

Mission News Theme by Compete Themes.