BAYRAQDAR MEDİA – 2025/2026-cı tədris ilində Bakı Dövlət Universitetinə (BDU) bakalavriat səviyyəsi üzrə qəbul olunan və müxtəlif ixtisaslar üzrə 550-dən çox bal toplayan abituriyentlər arasından ən yüksək nəticə göstərmiş tələbələrə tədris ilinin sonunadək hər ay 200 manat məbləğində “Birincilik” adlı məqsədli təqaüd veriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “bu barədə BDU Elmi Şurası qərar qəbul edib. Qeyd edək ki, hazırda BDU-da bakalavriat səviyyəsində 75 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir”.





