Press "Enter" to skip to content

Bu dəfə də Manisada

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Azərbaycan Respiblikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci ilin orta qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin “Türk dünyası: Ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi həyata keçirilir. Layihə çərçivəsində artıq bir sıra işlər görülüb.

İyulun 12-də isə layihə çərçivəsində Manisada “Bizim ailəmiz türk dünyasıdır” adlı dəyirmi masa keçiriləcək.

Bu barədə İctimai Birlikdən məlumat verilib.

Məlumata görə, Manisa Yunus Emre Bələdiyyəsi Kültür Park İrfan Meclisində keçiriləcək dəyirmi masa yerli vaxtla saat 14:00-da başlayacaq.

Tədbirin iştirakçıları arasında elm adamları, siyasilər, müxtəlif təşkilatların təmsilçiləri, həmçinin media nümayəndələri də olacaq.

Mission News Theme by Compete Themes.