Press "Enter" to skip to content

Pasiyent üzərində eyni anda 5 əməliyyat icra olunub

Pasiyent üzərində eyni anda 5 əməliyyat icra olunub

BAYRAQDAR MEDİA – Respublika Klinik Xəstəxanasında pasiyent üzərində cərrahiyyədə ən mürəkkəb əməliyyatlardan biri olan “Whipple” uğurla icra olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən daxil olub.

Xəbərdə bildirilir ki, “1959-cu il təvəllüdlü pasiyent ağır mədə-bağırsaq qanaxması ilə sözügedən Xəstəxanaya müraciət edib. Aparılan müayinələr nəticəsində ona gecikmiş mədəaltı vəzinin başının xərçəngi diaqnozu təyin olunub. Pasiyent daha əvvəl bir çox tibb müəssisəsinə müraciət etsə də, yaşı və xəstəliyin gedişatı səbəbindən əməliyyata qəbul edilməyib. Xəstəxana isə pasiyenti qəbul edib, o, müəyyən müddət ərzində həkim nəzarətində saxlanıldıqdan sonra əməliyyata alınıb”.

Ardınca xəbərdə, “beş saatdan çox davam edən əməliyyat tibb müəssisəsinin baş həkimi, professor Sahib Hüseynovun rəhbərliyi və ümumi cərrah Bayram Bayramovun iştirakı ilə uğurla həyata keçirilib. Əməliyyat zamanı xəstədə eyni anda beş orqan – mədənin bir hissəsi, mədəaltı vəzinin başı, böyük piylik (omentum), onikibarmaq bağırsaq (duodenum), öd yollarının distal hissəsi (xoledok) üzərində cərrahi əməliyyat icra olunub” deyə qeyd edilir.

Daha sonra pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilib.

Vəziyyəti stabil olan şəxs ambulator müalicə üçün evə buraxılıb.

Mission News Theme by Compete Themes.