Press "Enter" to skip to content

Polisdən ikitəkərli nəqliyyat sürücülərinə izah və xəbərdarlıqlar – VİDEO

Polisdən ikitəkərli nəqliyyat sürücülərinə izah və xəbərdarlıqlar

BAYRAQDAR MEDİA – Polis əməkdaşları ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilaktik tədbirləri gücləndirilmiş şəkildə davam etdirir.

Bu haqda xəbır BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevr edən sürücülər müəyyən olunur, onlarla maarifləndirici söhbətlər aparılır. Sürücülərə qanunvericiliyin tələbləri izah olunur, qayda pozuntularının digər hərəkət iştirakçılarına yaratdığı təhlükələr diqqətə çatdırılır”.

Hər bir sürücünün məsuliyyətli davranışı ümumi yol təhlükəsizliyinə töhfə verir. Bu səbəbdən, polis sürücüləri diqqətli olmağa, qaydalara riayət etməyə və yolda qarşılıqlı hörmət prinsipinə əməl etməyə çağırıb.

Mission News Theme by Compete Themes.