Press "Enter" to skip to content

Yaşıllıqlar qanunsuz kəsilib

Yaşıllıqlar qanunsuz kəsilib

BAYRAQDAR MEDİA – Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri, Lənkəran və Xaçmaz rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Xidmətdən daxil olub.

Xəbərdə qeyd edilir ki, “araşdırma zamanı Bakı şəhəri Nərimanov rayonu Şəmsi Rəhimov küçəsində, Nizami rayonu Kamil Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, Sumqayıt şəhəri Bulvar küçəsində, Lənkəran rayonu Sinovlu kəndi və Xaçmaz rayonu Çiləgir kəndi ərazisində ağac və kolların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara ümumilikdə 68 min 490 manat məbləğində ziyan dəydiyi müəyyən edilib”.

Ardınca xəbərdə, “hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır” deyə bildirilir.

Mission News Theme by Compete Themes.