BAYRAQDAR MEDİA – Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi saxta və qatqılı məhsulların siyahısını açıqlayıb. Ət məhsullarında daxili orqanlar, təkdırnaqlı heyvan əti və qadağan olunmuş qida boyaları aşkarlanıb. Siyahıya Eskişehir daxil olmaqla 12 vilayətdən şirkətlər daxil edilib.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Məlumata görə, Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi ərzaq təhlükəsizliyi çərçivəsində apardığı yoxlamalardan sonra saxtalaşdırılmış məhsulların siyahısını yeniləyib: “Ət və ət məhsullarında aparılan laboratoriya testlərinin nəticəsinə əsasən, ictimai sağlamlığa təhlükə yarada biləcək bir çox məhsul ictimaiyyətlə paylaşılıb. Yoxlamalar yalnız Eskişehir ilə məhdudlaşmayıb. Siyahıya Afyonkarahisar, Bursa, Balıkesir, Şırnak kimi müxtəlif vilayətlərdə istehsal fəaliyyətləri göstərən şirkətlər də daxil edilib. Nazirlik vətəndaşlara alış-veriş zamanı etiket məlumatlarına diqqət yetirməyi və ictimaiyyətə təqdim olunan siyahıları mütəmadi olaraq izləməyi tövsiyə edib”.





