Press "Enter" to skip to content

Festivalda unudulmaz konsert anları

Festival zamanı

BAYRAQDAR MEDİA – Sivrihisarda təşkil olunan 9-cu Nasrəddin Hoca Mədəniyyət və İncəsənət Festivalı kortej yürüşü və konsert proqramı ilə yadda qalan anlara səhnə olub. Minlərlə eskişehirli, Mithat Körler və Semicenk-in çıxış etdiyi musiqi dolu gecədə böyük coşqu yaşayıb.

Bu barədə anadolugazetesi.com saytı məlumat yayıb.

Məlumata görə, Sivrihisar Bələdiyyəsi tərəfindən bu il doqquzuncusu təşkil olunan Nasrəddin Hoca Mədəniyyət və İncəsənət Festivalı kortej yürüşü və ardınca keçirilən konsertlə böyük maraqla qarşılanıb.
Həm ölkə daxilindən, həm də xaricdən qatılan iştirakçılar yerli geyimləri ilə kortejə rəng qatıblar. Eskişehirli sənətçi Mithat Körler və məşhur ifaçı Semicenk-in səhnə aldığı konsert minlərlə insanı bir araya gətirib və festivala unudulmaz anlar bəxş edib.

Mission News Theme by Compete Themes.