Press "Enter" to skip to content

Güney Azərbaycanda bir ailə rejimə qalib gəlib

Güney Azərbaycan Əhalinin Qeydiyyatı İdarəsi

BAYRAQDAR MEDİA – Güney Azərbaycanda İran rejiminin məcburi ad siyasətinə qarşı çıxan bir ailə nəhayət, 1 yaşlı oğluna istədikləri adı verə bilib. Ailə, İranın məcbur etdiyi ad siyahısını qəbul etməyərək, övladlarına türk mənşəli bir ad qoyub.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Məlumata görə, Güney Azərbaycan Əhalinin Qeydiyyatı İdarəsi uşağa “Alaz” adı ilə şəxsiyyət vəsiqəsi verib: “Məsələ ilə bağlı məlumat verən Fərhad Nəcəfi bildirib ki, 2024-cü ilin iyununda doğulan övladlarına istədikləri adı verə bilməyiblər və bir il ərzində bu məsələ uğrunda mübarizə aparıblar”. İran rejimi Güney Azərbaycandakı türk kimliyini rədd edərək, tərtib etdiyi süni ad siyahısı ilə uşaqlara məhz bu adlardan qoyulmasını məcbur edir.

Mission News Theme by Compete Themes.