BAYRAQDAR MEDİA – Iğdırda idman zalı və fitnes mərkəzi kimi fəaliyyət göstərən Pera Kidss, bu dəfə balaca tələbəsi Mustafa Yiğit Yaşara unudulmaz bir ad günü sürprizi edərək idmanla əyləncəni bir araya gətirib.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə, Pera Kidss təkcə fitness xidmətləri ilə deyil, təşkil etdiyi özəl tədbirlərlə də İğdır ictimaiyyətinin rəğbətini qazanır: “Mustafa Yiğit Yaşar 4 yaşını idman zalında dostları ilə birlikdə sevinclə qeyd etdi. Balaca Mustafanın gözlərindəki xoşbəxtlik bu günün necə mənalı keçdiyini aydın göstərdi. Anası Hüsna Yaşar, təxminən bir ildən çoxdur Pera Kidss-də gimnastika dərslərinə fasiləsiz davam edən oğulları üçün təşkil edilən bu tədbirə görə Pera Kidss rəhbərliyinə və müəllimlərinə dərin təşəkkürünü bildirdi. Tədbir saat 11:00–12:00 arası kurs zamanı keçirildi; uşaqlar tort yedi və partlamış qarğıdalıdan zövq aldılar”.





