BAYRAQDAR MEDİA – Türkiyənin Gaziantep şəhəri ilə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Gazimağusa şəhəri qardaşlaşır. Məsələ ilə bağlı danışan Gazimağusa Bələdiyyə Başçısı Süleyman Uluçay “Kent Haber 27”yə verdiyi açıqlamada qardaş şəhər protokolunun sentyabr ayında imzalanacağını bildirib.
Kırım Haber Ajansının məlumatına görə, Uluçay bu əməkdaşlığın Gazimağusaya çoxşaxəli faydalar verəcəyinə inandığını bildirib. O, xüsusilə Gaziantepin gənclərlə bağlı layihələri, robot texnologiyaları, şəhər işıqlandırması və rəqəmsal infrastruktur sahəsindəki təcrübəsinin diqqətlərini çəkdiyini qeyd edərək əlavə edib.
Uluçay həmçinin qardaş şəhər protokolunun uzun müddətdir gündəmdə olduğunu, lakin COVID-19 pandemiyası səbəbilə bələdiyyə məclisində müzakirə edilə bilmədiyini bildirib: “Artıq son mərhələyə gəlmişik. Sentyabr ayında imzaları ataraq bu qardaşlığı rəsmiləşdirəcəyik”.





