BAYRAQDAR MEDİA – 6 saylı Uşaq evinin sakinləri bu dəfə “Mənim bitkim” adlı master-klassda iştirak ediblər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Sosial Xidmətlər Agentliyinin (SXA) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir kii, “balacalar öz dibçəklərinə gül əkib, əkdikləri bitkilərə su verib və onlara necə qulluq etməyi öyrəniblər. Uşaqlar yalnız çiçək əkməklə kifayətlənməyib, həm də dibçək qablarını rəngli quaş boyalarla bəzəyib, müxtəlif rəsmlər çəkiblər. Bu proses həm əyləncəli, həm də öyrədici olub. Bu kiçik, amma əhəmiyyətli tədbir uşaqların təbiətə olan marağını artırıb, bağçılıqla tanış edib və onlarda qayğı hissini gücləndirib. Bu kimi təşəbbüslər mütəmadi olaraq bütün müəssisələrin sakinləri üçün həyata keçirilir”.









