Press "Enter" to skip to content

SXA-dan DOST könüllüləri üçün təlim

SXA-dan DOST könüllüləri üçün təlim

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən DOST könüllülərinə məişət zorakılığı ilə mübarizə sahəsində təlim keçilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “təlim müvafiq sahədə maarifləndirmə tədbirlərinin təşkili prosesinə könüllülərin cəlb edilməsi məqsədi daşıyıb. İştirakçılara məişət zorakılığının hüquqi, sosial və psixoloji aspektləri izah edilib, zorakılığa məruz qalan şəxslərlə işləmə bacarıqlarının formalaşdırılması və müdafiə mexanizmləri haqqında məlumatlar verilib. Təlim zaman məişət zorakılığının növləri, yaranma səbəbləri və risk amilləri müzakirə olunub. Eləcə də, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun, mühafizə orderlərinin tətbiqi mexanizmi, sığınacaqlar və sosial xidmət imkanlarından danışılıb. Könüllülər zorakılığa məruz qalan şəxslərin müraciət edə biləcəyi qaynar xəttlər barədə də məlumatlandırılıb”.

Təlim interaktiv formada təşkil olunub, iştirakçılarla real situasiyaların müzakirəsi aparılıb və onlara qrup tapşırıqları verilib.

Mission News Theme by Compete Themes.