Press "Enter" to skip to content

Xətai və Xəzər rayonlarında oğurluq edən şəxslər saxlanılıb

BAYRAQDAR MEDİA – Xətai və Xəzər rayonlarında yerləşən iki obyektdən oğurluq edilib və nəticədə zərərçəkənlərə ümumilikdə 1 min 400 manat maddi zərər vurulub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 28 yaşlı Ə.Məhərrəmov, 26 yaşlı Ə.Alıyev və 21 yaşlı O.İgdalıyev saxlanılıblar. Aparılan araşdırmalarla müəyyən olunub ki, Ə.Məhərrəmov daha bir marketdən 350 manat, digər saxlanılan şəxslər isə Xəzər rayonu ərazisində yerləşən iki evdən məişət və texniki əşyalar oğurlayıblar”.

Araşdırmalar davam etdirilir.

Mission News Theme by Compete Themes.