BAYRAQDAR MEDİA – 2025-ci ilin yanvar-iyunaylarında Azərabycanda 25,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 6,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 13,8milyard kubmetri “Şahdəniz”in, 0,8 milyard kubmetri “Abşeron” yatağının, 4 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “bu dövrdə xaricə qaz satışı 12,1 milyard kubmetr təşkil edib. Bundan 6,1 milyard kubmetr Avropaya,4,9 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 2,9milyard kubmetr),1,1 milyard kubmetrGürcüstana satılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 iyul 2025-ci il tarixinədək 660,1 milyon tona yaxın neft (kondensatla birlikdə), 487,1 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 609,5 milyon ton neft, 236,5 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 50,6 milyon tona yaxın kondensat, 250,6 milyard kubmetr qaz çıxarılıb. Bundan 1 iyun2025-ci il tarixinədək 658,1 milyon ton neft, 180,2 milyard kubmetr qazixraca nəql edilib”.





