Press "Enter" to skip to content

6 ayda bərpa olunan enerji istehsalı artıb

Külək və günəş elektrik stansiyaları

BAYRAQDAR MEDİA – 2025-ci ilin birinci yarımili üzrə operativ məlumatlara əsasən, respublikada elektrik enerjisinin istehsalı 291,5 mln. kVt•st., yəni 2,2% artaraq 13 849,3 mln. kVt•st. olub.

Bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “bu dövrdə İES-lərdə 11 519,2 mln. kVt•st, SES-lərdə 1 860 mln. kVt•st, digər mənbələr üzrə isə 470,1 mln. kVt•st, o cümlədən külək elektrik stansiyalarında 21,0 mln. kVt•st, günəş elektrik stansiyalarında 314,6 mln. kVt•st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 134,5 mln. kVt•st elektrik enerjisi istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpa olunan enerji mənbələrindən 297,2 mln. kVt•st artımla2 330,1 mln. kVt•st elektrikenerjisi istehsal edilib”.

Məlumata əsasən, 6 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 12 323,2 mln. kVt•st (İES-lərdə 10 441,4 mln. kVt•st, SES-lərdə 1 851,1 mln. kVt•st, GES-lərdə 30,7 mln. kVt•st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 14,6 mln. kVt•st, müstəqil elektrik stansiyaları üzrə isə 1 511,5 mln. kVt•st təşkil edib. Hesabat dövründə elektrik enerjisinin ixracı 709,9 mln. kVt•st, idxalı isə 81,1 mln. kVt•st olub.

Mission News Theme by Compete Themes.